Ronaldo və Messi üçün uğursuz mövsüm
Uzun illərdir dünyanın ən yaxşı futbolçuları hesab edilən Kriştiano Ronaldo və Lionel Messi üçün cari mövsüm uğursuz keçir. Portuqaliyalı və argentinalı superulduzlar qolsuzluq seriyalarını davam etdirir.
Ronaldo sonuncu qolunu fevralın 15-də “Mançester Yunayted”in heyətində “Brayton”a qarşı vurub. Həmin vaxtdan bəri o, 305 dəqiqə çərçivəyə düşə bilməyib. Messi isə fevralın 6-dan bəri fərqlənməyib. Bu müddət ərzində Leo PSJ-də 412 “quru” dəqiqə keçirib.
Qeyd edək ki, Ronaldo bu mövsüm Premyer Liqada 9, Messi isə Liqa1-də 2 qol vurub.