Ronaldo ilk pillədə qərarlaşır
XXI əsrdə milli çempionatlarda ən çox qol vuran avropalı futbolçular bəlli olub. Siyahını İFFHS tərtib edib.
Cədvəldə 2001-23-cü illərdə ən azı 200 qol vuranlar yer alıb. Buna 41 futbolçu nail olub. Kriştiano Ronaldo 1-ci pillədə yer alıb. O, 532 qola imza atıb.
Azərbaycan futbolçuları siyahıya düşməyib. 236 qol vuran türkiyəli Burak Yılmaz 15-ci yerə şərikdir.
1. Kriştiano Ronaldo (Portuqaliya) – 532
2. Zlatan İbrahimoviç (İsveç) – 393
3. Robert Levandovski (Polşa) – 375
4. Kərim Benzema (Fransa) – 290
5. Martin Kamburov (Bolqarıstan) – 287
6-7. David Vilya (İspaniya) – 280
Andre-Pyer Jinyak (Fransa) – 280
8. Ris Qriffits (Uels) – 272
9. Eran Zahavi (İsrail) – 269
10. Deyan Damlyanoviç (Monteneqro) – 268