Ronaldo hamıdan öndə

Ronaldo hamıdan öndə

Beynəlxalq oyunlarda bir il ərzində ən çox qol vuran futbolçular açıqlanıb. İFFHS-in siyahısında milli komanda və klub turnirlərində vurulan qollar nəzərə alınıb.

Cədvələ ən azı 20 qol vuranlar daxil edilib. Bu, indiyədək 33 dəfə qeydə alınıb. Dünya rekordu Kriştiano Ronaldoya məxsusdur. O, 2017-ci ildə 32 dəfə fərqlənib. Portuqaliyalı daha bir dəfə 25 qol vurmağı bacarıb. Ümumilikdə yalnız 5 dəfə bir futbolçu il ərzində 25 dəfə rəqib qapısına yol tapıb.

1. Kriştiano Ronaldo (Portuqaliya, “Real”) – 32 (2017)
2. Jüst Fonten (Fransa, “Reyms) – 26 (1958)
3. Vivian Vudvard (İngiltərə, “Çelmsford”, “Çelsi”) – 25 (1909)
4. Lionel Messi (Argentina, “Barselona) – 25 (2012)
5. Kriştiano Ronaldo (Portuqaliya, “Real”) – 25 (2013)

ETOPAZ

Əvvəlki yazı

”Neftçi”nin futbolçusu milliyə çağırıldı

Növbəti yazı

Azərbaycan çempionatlarında 63-cü