Ronaldo Ginnesin rekordları kitabına düşdü

Ronaldo Ginnesin rekordları kitabına düşdü


İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştiano Ronaldo Ginnesin rekordları kitabına düşüb. Bunu 36 yaşlı hücumçunun özü açıqlayıb. Portuqaliya millisinin kapitanı yığmada ən çox qol vuran futbolçu adını qazandığı üçün rekordçular sırasına daxil edilib. Ronaldoya bununla bağlı müvafiq sertifikat təqdim olunub.
Kriştiano bunu sevinclə qarşılayıb: “Ginnesin rekordları kitabına təşəkkür edirəm. Dünya rekordçusu hesab olunmaq həmişə xoşdur. İndi daha yüksək göstəriciyə nail olmağa cəhd edək”.
Xatırladaq ki, Ronaldo DÇ-2022-nin seçmə mərhələsinin İrlandiya ilə matçında (2:1) vurduğu iki topla qol sayını 111-ə çatdırıb. Portuqaliyalı bu göstəricidə İran yığmasında 109 dəfə fərqlənən Əli Daeini arxada qoyub.

ETOPAZ

Əvvəlki yazı

“Tottenhem”dən ayrılan müdafiəçi “Arsenal”da

Növbəti yazı

Kinq NBA-ya qayıtdı