Ronaldo daha bir ilkə imza atdı

Ronaldo daha bir ilkə imza atdı

Kriştiano Ronaldo daha bir ilkə imza atıb. Portuqaliya ulduz futbolçu karyerasında 800-cü oyunda qələbə sevinci yaşayıb.

Bu, Asiya Çempionlar Liqasının 1/4 finalına təsadüf edib. Ronaldolu “Əl Nəsr” “ƏlƏyn”lə cavab görüşündə 4:3 hesabı ilə qalib gəlib. Onun komandası penaltilər seriyasında uduzaraq mübarizəni dayandırsa da, bu matç Kriştianonun tarixi nailiyyəti ilə yadda qalıb.

Ronaldo futbol tarixinə 800 qələbə qazanan ilk oyunçu kimi düşüb. O, klub karyerasında 675, millidə 125 dəfə matçı qalib tərəfdə bitirib. O, “Sportinq”lə 13, “Real”la 316, “Yuventus”la 91, “Mançester Yunayted”lə 214, “Əl-Nəsr”lə 41 dəfə qələbə sevinci yaşayıb.

ETOPAZ

Əvvəlki yazı

“Əl Hilal”dan rekord

Növbəti yazı

“Selta”da yeni baş məşqçi