Ronaldo 588 dəqiqə sonra fərqləndi

Ronaldo 588 dəqiqə sonra fərqləndi

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo Premyer Liqanın 18-ci turunun “Brayton”la təxirə salınmış matçında (2:0) qol vurub. 37 yaşlı portuqaliyalı qolsuz oyunlar seriyasını qırıb.

O, ardıcıl 6 oyunda fərqlənə bilməmişdi. Ümumilikdə Kriştianonun uğurzluğu 588 dəqiqə çəkib.

Qeyd edək ki, forvard kluba qayıtdıqdan sonra “Mançester Yunayted”in heyətində 27 oyunda 15-ci qolunu vurub.

ETOPAZ

Əvvəlki yazı

Moreyra “Mançester Siti”nin maraq dairəsində

Növbəti yazı

Messi Anrinin antirekordunu təkrarladı