Ronaldo 1-ci pillədədir
21-ci əsrdə ən çox oyun keçirən futbolçuların adları bəlli olub. İFFHS-in tərtib etdiyi siyahıya Kriştiano Ronaldo başçılıq edir.
Portuqaliyalı ulduz yığma və klub səviyyəsində 1204 matç keçirib. İlk 10-luq belədir:
1. Kriştiano Ronaldo (Portuqaliya) – 1204
2. Fabio (Braziliya) – 1156
3. Dani Alves (Braziliya) – 1056
4. Lionel Messi (Argentina) – 1047
5. Luka Modriç (Xorvatiya) – 1010
6. Joao Moutinyo (Portuqaliya) – 997
7. İker Kasilyas (İspaniya) – 974
8. Serxio Ramos (İspaniya) – 974
9. Zlatan İbrahimoviç (İsveç) – 953
10. Andres İnyesta (İspaniya) – 949