Ronaldo əsas komandaya qayıtdı

Ronaldo əsas komandaya qayıtdı

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo bağışlanıb. O, əsas komanda ilə məşqlərə qayıdıb.

Bunu klubun rəsmi saytı açıqlayıb. “Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq Premyer Liqanın 12-ci turunun “Tottenhem”lə matçında (2:0) oyun başa çatmadan öncə Ronaldonun stadionu tərk etməsinə görə onu əsas heyətdən uzaqlaşdırıb.

Hazırda portuqaliyalı hücumçu komanda ilə birlikdə Avropa Liqasının “Şerif”lə oyununa hazırlaşır.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”də yeni təyinat

Növbəti yazı

Bol şəxsi rekordunu yenilədi