“Roma”ya 900 milyon
Səudiyyə Ərəbistanı sərmayəçiləri “Roma”nı almağa qərar veriblər. Artıq tərəflər arasında danışıqlara da start verilib.
Ərəb investorlar İtaliya klubu üçün 900 milyon avro təklif edir. Onlar həmçinin yeni stadionun tikintisinə 300 milyon avro ayırmağa hazırdırlar.
“Roma”nı almaq istəyənlərdən biri “Nyukasl”ın hazırkı sahibi olan Səudiyyə Ərəbistanının PIF fondu ola bilər.