Romario “yaşıl meydanlar”a qayıdır
Braziliya millisinin sabiq futbolçusu Romario karyerasını bərpa edib. Əfsanəvi hücumçu 58 yaşında meydanlara qayıtmağa qərar verib.
Romario “Amerika de Rio-de-Janeyro” ilə müqavilə imzalayıb. O, həm də bu klubun prezidentidir. Hücumçu özünə minimal maaş təyin edib. O, bu məbləği klubun fonduna köçürəcək. “Amerika de Rio-de-Janeyro”da Romarionun oğlu Romarinyo da çıxış edir.
Qeyd edək ki, Romarionun komandası Braziliyanın D seriyasında mübarizə aparır.