Romanyoli “Milan”dan gedəcək

Romanyoli “Milan”dan gedəcək

İtaliyanın “Milan” klubunun futbolçusu Alessio Romanyoli gələcək karyerası ilə bağlı qərarını verib. 26 yaşlı müdafiəçi yay transfer pəncərəsində komandasını dəyişəcək.

O, A seriyası təmsilçisini azad agent statusu ilə tərk edəcək. Müqaviləsi 2022-ci ilin yayında başa çatacaq futbolçu və “Milan” arasında yeni anlaşma barədə razılıq əldə olunmayıb.

“Yuventus”, “Barselona” və “Çelsi” də müdafiəçinin xidmətində maraqlıdır. Bu klublar Romanyolinin agenti ilə danışıqlara başlamağa hazırlaşır.

Xatırladaq ki, Romanyoli 2015/16 mövsümündən “Milan”ın formasını geyinir. O, bu komandanın heyətində A seriyasında 180 oyun keçirib və 7 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

ATP-dən “Masters” turnirləri ilə bağlı yenilik

Növbəti yazı

Avropanın ən yaxşı 10 liqası