“Roma”dan “Fiorentina”ya

“Roma”dan “Fiorentina”ya

“Roma”da ayrılıq baş verib. Komandanın yarımmüdafiəçisi Edoardo Bove Florentin “Fiorentina”ya keçib.

Bunu klubun mətbuat xidməti açıqlayıb. 22 yaşlı futbolçu A seriyası təmsilçisində icarə əsasında oynayacaq. 1 il müddətinə nəzərdə tutulan müqaviləyə birdəfəlik transfer bəndi də daxildir. 

Qeyd edək ki, ötən mövsüm Edoardo Bove “Roma”nın heyətində 45 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yada qalıb.

ETOPAZ

Əvvəlki yazı

“Fənərbaxça” Amrabatın keçidini rəsmiləşdirdi

Növbəti yazı

Çempionlar Liqasının təqvimi açıqlandı