“Roma” Söyüncünü istəyir

“Roma” Söyüncünü istəyir

“Roma” müdafiə xəttini gücləndirmək niyyətindədir. Klub “Atletiko”nun futbolçusu Çağlar Söyüncü ilə maraqlanır.

“Canavarlar” onu mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır. “Matroslar”ın baş məşqçisi Dieqo Simeone türk futbolçunun Madrid klubunun standartlarına cavab vermədiyini düşünsə də, “Atletiko” rəhbərliyi “Roma”nın futbolçunu icarəyə götürmək təklifini qəbul etməyə tələsmir.

“Fulhem” də Söyüncü ilə maraqlanır. Londonluların onun üçün 20 milyon avro təklif etdiyi bildirilir.

ETOPAZ

Əvvəlki yazı

“Fənərbaxça” Marsialı istəyir

Növbəti yazı

“Tottenhem” “Cenoa”ya təklif göndərdi