Roke icarəyə göndərilir
“Barselona” Vitor Roke ilə bağlı qərar verib. Klub hücumçunu icarəyə göndərmək niyyətindədir.
La Liqa təmsilçisi maliyyə feyr-pleyi ilə bağlı problemlər üzündən Rokeni növbəti mövsüm üçün sifariş etməkdə çətinlik yaşayacaq. Bu üzdən onun bir mövsümlük icarəyə verilməsi nəzərdən keçirilir. “Mançester Yunayted”, “Nyukasl”, “Nitsa” və “Lion” forvardla maraqlanır.