Robinson rəmzi komandanı açıqladı

Robinson rəmzi komandanı açıqladı


NBA-nın sabiq ulduzlarından olan Nayt Robinson yarışın tarixinin ən yaxşı baskatbolçularını açıqlayıb. O, hər mövqedə bir oyunçunu fərqləndirib. Naytin fikrincə, ən yaxşı “beşlik”də Lebron Ceyms, Maykl Cordan, Kobi Brayant, Kevin Qarnett və Şakil O’Nil yer alıb. O, özünün də çıxış etdiyi mövqedə Lebrona üstünlük verib.
Robinson NBA karyerasında “Nyu-York Niks”, “Boston Seltiks”, “Oklahoma-Siti Tander”, “Qolden Steyt Uorrierz”, “Çikaqo Bullz”, “Denver Naqqets” və “Los-Anceles Klippers”də oynayıb. O, bu müddətdə 618 oyun keçirib və orta hesabla 11 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

Yay liqasının ən yaxşıları – Mitçell və Tomas

Növbəti yazı

Braziliyanın hegemonluğu