Robertson ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq
Endryu Robertson zədələnib. O, aldığı xəsarət səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qala bilər.
“Liverpul”un müdafiəçisi AVRO-2024-ün seçmə mərhələsinin İspaniya ilə oyununda (0:2) çiynindən zədə alıb. O, birinci hissənin sonunda əvəzlənib.
İngiltərə klubu futbolçunun cərrahi müdaxiləyə ehtiyac olub-olmayacağını təyin etmək üçün müayinələrin nəticələrini gözləyir. Əgər futbolçu əməliyyat olunmalıdırsa,reabilitasiya müddəti 3 aydan 4 aya qədər olacaq.