Robert Andrix: “Sabah ciddi problemlə üzləşəcəyimizi gözləmirəm”

Robert Andrix: “Sabah ciddi problemlə üzləşəcəyimizi gözləmirəm”

Sabah Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək. “Qarabağ” “Bayer”i qonaq edəcək.

Matçdan öncə almaniyalıların futbolçusu Robert Andrix mətbuat konfransında iştirak edib. O, fikirlərini bildirib:

“Bakı səfərində ciddi problemlə üzləşəcəyimizi gözləmirəm. Təbii ki, 1-2 saatlıq uçuşla 5,5 saatlıq uçuş arasında fərq var. Lakin biz artıq kifayət qədər peşəkarıq. Bəzi oyunçular təcrübə qazandıqdan sonra belə problem yaşamır. Bunun üçün müxtəlif variantlar da var. Biz bütün bunlardan yararlanacağıq”.

ETOPAZ

Əvvəlki yazı

Xabi Alonso: “İndi bizi hər hansı böyük sürprizlər gözləmir”

Növbəti yazı

Qurban Qurbanov: “Mübarizəli oyun göstərməyə çalışacağıq”