Riko PSJ-nin matçında

Riko PSJ-nin matçında

PSJ-nin qapıçısı Serxio Riko xəstəxanadan çıxandan sonra ilk dəfə klubun ev oyununu stadiondan izləyib. 30 yaşlı qolkiper Çempionlar Liqasının 5-ci turunun “Nyukasl”la matçında tribunada olub.

Mayın 28-də futbolçu atdan yıxıldıqdan sonra başından zədə alıb. Hadisə vaxtı at dırnağı ilə futbolçunun boynunu əzib. Qapıçıya beyin qanaması diaqnozu qoyulub və sonradan komaya düşüb. Avqustun əvvəlində beyin anevrizmasının çıxarılması üçün əməliyyat olunan futbolçu yayın sonunda xəstəxanadan buraxılıb.

ETOPAZ

Əvvəlki yazı

“Sakramento” pley-offda

Növbəti yazı

“Bavariya” qapıçılarını komandada saxladı