Riçarlison “Tottenhem”də

Riçarlison “Tottenhem”də

“Everton”un hücumçusu Riçarlison komandasını dəyişib. O, “Tottenhem”ə keçib.

25 yaşlı braziliyalı London klubunun heyətinin nümayəndəsinin iştirakı ilə Braziliyada tibbi müayinədən keçdikdən sonra 5 illik müqavilə imzalayıb. Riçarlison gələn həftənin əvvəlində Londona uçacaq.

“Spurs”un hücumçu üçün 50 milyon funt sterlinq ödəyəcəyi gözlənilir. Daha 10 milyon isə bonuslar şəklində veriləcək.

e-Topaz

Əvvəlki yazı

Traore “Vulverhempton”a dönür

Növbəti yazı

“Qalatasaray” Pedronu istəyir