Reytinqdə yenilik

Reytinqdə yenilik

Kişi tennisçilərin ATP reytinqinin hesablama qaydaları dəyişdirilib. Bunu qurumun mətbuat xidməti açıqlayıb.

Bundan sonra hər turnirdə qazanılan xallar 52 həftə ərzində nəzərə alınacaq. Hətta eyni turnir bu müddətdə ikinci dəfə keçirilsə də, hər iki yarış hesablanacaq.

Nur-Sultandakı turnir buna nümunədir. Ötən il yarış oktyabrın, bu dəfə sentyabrın sonunda təşkil olunub. Əvvəlki qayda ilə sentyabrdakı turnirin nəticələri silinib. Bu da xalların 52 həftədən az müddətdə qüvvədə qalması deməkdir.

ATP bu səbəbdən də yenilik etməyi lazım bilib. Bundan sonra bütün turnirlərin xalları eyni müddətdə – 52 həftə hesaba alınacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 06.10.2021

Növbəti yazı

“Portlend”dən Puerto-Rikoya