Reşford mövqeyindən narazıdır

Reşford mövqeyindən narazıdır

“Mançester Yunayted”in hücumçusu Markus Reşford xoşbəxt deyil. O, komandadakı mövqeyindən narazıdır.

24 yaşlı forvard start heyətində möhkəmlənə bilməməsindən narahatdır. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqanın cəmi 2 matçında start heyətində yer alıb, 6 qarşılaşmada isə meydana ehtiyatdan çıxıb. Ön xətt oyunçusu bunu problemə çevirməsə də, mövsümün sonunda komandasını dəyişmək perspektivini araşdırmağa başlayıb.

Qeyd edək ki, Markus Reşfordun “Mançester Yunayted”lə müqavilə müddəti gələn ilin yayına qədərdir.

ETOPAZ

Əvvəlki yazı

DÇ-2022-nin pley-off matçı təxirə salındı

Növbəti yazı

“İnter” baş məşqçisi ilə müqaviləni uzadacaq