Renat Dadaşovun qolu komandasına qələbə qazandırdı

Renat Dadaşovun qolu komandasına qələbə qazandırdı

Renat Dadaşov Türkiyə 1-ci Liqasında növbəti dəfə fərqlənib. Onun qolu “Ankaragücü”nün qələbə qazanmasnda rol oynayıb.

Ankara təmsilçisi öz meydanında çempionatın lideri “İstanbulspor”u 2:1 hesabı ilə məğlub edib. Renat 39-cu dəqiqədə hesabı açaraq qələbənin əsasını qoyub. O, 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Ankaragücü” 4 turdan sonra 6 xalla 8-ci pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 02.09.2024

Növbəti yazı

“Qarabağ”dan səfər qələbəsi