“Real”ın yeni hədəfi

“Real”ın yeni hədəfi

“Real”ın transfer etmək istədiyi futbolçulardan biri bəlli olub. İspaniya klubu Conatan Devidin xidmətində maraqlıdır.

Madridlilər “Lill”in hücumçusunu bu yay heyətində qatmaq istəyir. Harri Keyni “Tottenhem”dən transfer etməkdə çətinlik çəkən “Real” Conatanla kifayətlənə bilər. Baş məşqçi Karlo Ançelotti Kanada yığmasının matçını canlı izləməklə 23 yaşlı forvard barədə yekun qərar verməyi planlaşdırır.

Devidin Fransa klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”nın hücumçu planı

Növbəti yazı

Cokoviç yenidən zirvədə