“Real”ın təklifini rədd etdi

“Real”ın təklifini rədd etdi

Emerik Laport “Real”a keçməkdən imtina edib. “Əl-Nəsr”in futbolçusu İspaniya nəhəngindən təklif alıb.

Madrid klubu 29 yaşlı müdafiəçini zədələnən David Alabanı əvəz etmək üçün sıralarına qatmaq istəyib. “Real” Laportu mövsümün sonunadək icarəyə götürməyi planlaşdırsa da, müdafiəçi bununla razılaşmayıb. “Əl-Nəsr” rəhbərliyi də keçidin əleyhinə olub.

Emerik bu ilin avqustunda “Mançester Siti”dən “Əl-Nəsr”ə keçib.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” Zirədə qalib gəldi

Növbəti yazı

Paytaxt klubu çətin durumda