“Real”ın sabiq vingeri Braziliya klubunda

“Real”ın sabiq vingeri Braziliya klubunda

“Real” və PSJ-nin sabiq futbolçusu Xesenin yeni klubu bəlli olub. Vinger karyerasını Braziliyada davam etdirəcək.

O, “Koritiba”ya keçib. Xese klubu ilə ilkin müqavilə imzalayıb.

Vingerin son klubu “Sampdoriya” olub. O, İtaliya klubundan fevralda ayrılıb.

Qeyd edək ki, Xese “Real” və PSJ-dən başqa “Las-Palmas”, “Stok Siti”, “Betis”, “Sportinq”, “Ankaragücü” və “Sampdoriya”da da oynayıb.

ETOPAZ

Əvvəlki yazı

Koutinyo “Əl Duhail”in hədəfində

Növbəti yazı

“Böyük dəbilqə”də antirekord