“Real”ın müdafiəçisi sıraya döndü
“Real”ın futbolçusu Antonio Rudiger zədəsini sağaldıb. 30 yaşlı mərkəz müdafiəçisi İspaniya klubunun son məşqində iştirak edib.
Almaniyalı futbolçu La Liqadakı növbəti matçında oynamağa hazırdır. Onun “Sevilya” ilə görüşdə şans qazanacağı gözlənilir.
Qeyd edək ki, Rudiger cari mövsümdə 30 matçda 2 qola imza atıb.