“Real”ın Lukaku planı
“Real” hücumçu axtarışlarını davam etdirir. İspaniya klubu Kərim Benzemaya əvəzləyici axtarır.
Madrid təmsilçisinin hədəfinə Romelu Lukaku da düşüb. “Çelsi”nin futbolçusu hazırda icarə əsasında “İnter”də çıxış edir.
Onun xidmətində baş məşqçi Karlo Ançelotti maraqlıdır. Yayda “Çelsi”yə qayıdacaq Lukakunun “Real”a satışı nəzərdən keçirilir.