“Real”ın iki futbolçusu ili bitirdi

“Real”ın iki futbolçusu ili bitirdi

“Real” iki futbolçusu üçün 2023-cü il başa çatıb. Vinisius Junior və Eduardo Kamavinqa 2023-cü ildə meydana çıxmayacaq.

Bunu baş məşqçi Karlo Ançelotti açıqlayıb. O bildirib ki, zədəli oyunçuların meydana qayıdışı 2024-cü ildə gerçəkləşəcək.

Vinisius noyabrın 16-da Braziliya millisinin Kolumbiya ilə matçında (1:2) sol ayağından zədələnib. Kamavinqa isə Fransa millisindəki məşq zamanı dizindən xəsarət alıb.

ETOPAZ

Əvvəlki yazı

Kirios “Australian Open”dən kənarda

Növbəti yazı

Günün Kuponu – 10.12.2023