“Real”ın göndərəcəyi futbolçular

“Real”ın göndərəcəyi futbolçular

“Real” mövsümün sonunda bir neçə futbolçusu ilə yollarını ayıracaq. Prezident Florentino Peres və baş direktor Xose Sançes komandanın gələcəyini müzakirə edib.

İclasda qərara alınıb ki, yarımmüdafiəçi Dani Sebalyos, hücumçular Eden Azar, Mariano Dias və Luka Yoviç, həmçinin müdafiəçi Xesus Valyexo yayda transferə çıxarılsın. Rəhbərlik onların satışının klubun maaş büdcəsini rahatladacağını düşünür. “Kral klubu” transfer bazarındakı aktivliyi də məhz bu satışlardan asılı olacaq.

Qeyd edək ki, müdafiəçi Marselo, yarımmüdafiəçi İsko və hücumçu Qaret Beylin də azad agent kimi “Real”dan ayrılması gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər

Növbəti yazı

Günün kuponu – 19.03.2022