“Real”dan rekord

“Real”dan rekord

“Real” növbəti dəfə Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib. Bu, qrup mərhələsinin IV turunda Donetsk “Şaxtyor”u ilə oyunda baş verib.

Varşavada keçirilən görüşdə rəqibi ilə 1:1 hesablı heç-heçə edən Karlo Ançelottinin yetirmələri aktivindəki xal sayını 10-a çatdırıb və ən azı 2-ci pillədə pley-offa vəsiqəni təmin edib. Bununla “Real” tarixində 12-ci dəfə vaxtından əvvəl qrupdan çıxmağı bacarıb ki, bu da ÇL-də yeni rekorddur.

“Bavariya” və “Barselona” buna 10, “Yuventus” isə 7 dəfə nail olub.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi”dən qələbə, “Yuventus” uduzdu

Növbəti yazı

Vlahoviç ayrılmaq niyyətində