“Real”dan 1000-ci, Benzemadan 75-ci qol
İspaniyanın “Real” klubu Çempionlar Liqasının IV turunda “Şaxtyor”a 2:1 hesabı ilə qalib gəlib. Ukrayna təmsilçisinin qapısına vurulan hər iki qola Kərim Benzema imza atıb.
Fransalı hücumçunun ilk qolu “Real”ın qitənin ən nüfuzlu klub turnirində 1000-ci topu olub. Madridlilər bu rəqəmi 1001-ə də çatdırıb.
Benzema matçda ikinci dəfə fərqlənməklə özünün Çempionlar Liqasında 75-ci qoluna imza atıb. O, 134-cü görüşündə buna nail olub. Kərim 75 və ya daha çox qola sevinən 4-cü futbolçudur. Yalnız Kriştiano Ronaldo (139), Lionel Messi (123) və Robert Levandovski (81) daha çox qol vurub.