“Real”da yeni rekord
Kərim Benzema “Real”ın tarixinə düşüb. Fransalı hücumçu İspaniya nəhənginin heyətində 15 penaltidən dəqiq istifadə edən ilk futbolçu olub.
O, La Liqanın XX turunun “Valensiya” ilə görüşündə dubla imza atıb. 4:1 hesablı qələbədə pay sahibi olan Kərim ikinci qolunu penaltidən vurub.
O, La Liqada 13, İspaniya kubokunda və Çempionlar Liqasının hərəsində 1 dəfə 11 metrlik nöqtədən dəqiq olub. O, “Real” tarixində bütün penaltiləri qolla nəticələnən futbolçular arasında rekordçudur.