“Real”da “600”ə çatan ilk legioner

“Real”da “600”ə çatan ilk legioner

Kərim Benzema “Real”ın heyətində 600-cü rəsmi oyununu keçirir. Hazırda davam edən Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti” ilə səfərdəki ilk matçı fransalı üçün yubiley xarakteri daşıyır.

Start heyətində meydana çıxan forvard klub tarixində 600 və daha çox görüşdə şans qazanan 8-ci futbolçudur. O, bu rəqəmə çatan ilk legionerdir.

Benzemaya qədər yalnız ispaniyalılar “Real”da buna nail olub. Rekord Raula məxsusdur – 741 oyun. İker Kasilyas 725, Manolo Sançis 710, Serxio Ramos 671, Santilyana 645, Fernando Yerro və Fransisko Xento hərəyə 601 matçda iştirak edib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 27.04.2022

Növbəti yazı

“Mançester Siti”dən ən erkən qol