“Real” və “Betis”dən maraqlı addım

“Real” və “Betis”dən maraqlı addım

La Liqanın 38-ci turunda üz-üzə gələcək olan “Real” və “Betis” klubları maraqlı addım atmaq niyyətindədirlər. Komandalar matçdan əvvəl bir-biri üçün fəxri dəhliz təşkil etməyi düşünür.

“Betis” Madrid təmsilçisini İspaniya çempionu kimi qarşılayacaq. “Real” isə sevilyalıları İspaniya kubokunu qazanması münasibətilə təbrik edəcək.

Qeyd edək ki, “Real” – “Betis” qarşılaşması bu gün “Santyaqo Bernabeu”da baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus” Moratanı göndərir

Növbəti yazı

Takerin durumu qeyri-müəyyəndir