“Real” müdafiəçilərini itirdi

“Real” müdafiəçilərini itirdi

“Real” iki futbolçusunu itirib. Madrid təmsilçisi “Sevilya” ilə La Liqanın oyunu öncəsi iki sol cinah müdafiəçisinin xidmətindən məhrumdur.

Bugünkü məşqdə Marselo və Ferlan Mendi iştirak etməyib. Braziliyalının bir, fransalının iki həftə kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, “Real” “Sevilya” ilə aprelin 17-də qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Vavrinka Madrid turnirindən imtina etdi

Növbəti yazı

“Yuventus” qapıçısı ilə müqavilə imzaladı