“Real” Mbappe ilə bağlı danışıqları dayandırdı, Kamavinqayla anlaşdı

“Real” Mbappe ilə bağlı danışıqları dayandırdı, Kamavinqayla anlaşdı


Fransa millisinin və PSJ-nin futbolçusu Killian Mbappe yay transfer pəncərəsində komandasını dəyişməyəcək. 22 yaşlı hücumçu mövsümün sonunadək Paris təmsilçisində qalacaq. Onun transferində İspaniya “Real”ı PSJ ilə danışıqları dayandırıb. Buna tərəflərin transfer məbləğində razılığa gələ bilməməyi səbəb olub. Mbappe üçün 170 milyon avro ödəməyə hazır olan İspaniya klubunun təklifi fransalıları qane etməyib. PSJ isə oyunçu üçün 200 milyon istəyib.
Mbappeni heyətə qata bilməyən “Real” Eduardo Kamavinqanın keçidi ilə bağlı danışıqları yekunlaşdırmağa yaxındır. Fransa “Renn”inin yarımmüdafiəçisi üçün 31 milyon avro ödənilməsi barədə anlaşma əldə olunub. Bu gün tibbi müayinədən keçəcək futbolçu 5 illik müqavilə bağlayacaq.

ETOPAZ

Əvvəlki yazı

“US Open”in rekordu təkrarlandı

Növbəti yazı

“Qolden Steyt” azad agent axtarır