Ranqnikdən 118 ilin ən quru debütü
“Mançester Yunayted” yeni baş məşqçisi Ralf Ranqnikin rəhbərliyi altında ikinci çempionat oyununda da qol buraxmayıb. Alman mütəxəssisin yetirmələri “Norviç”ə 1:0 hesabı ilə qalib gəlib.
Ranqnik son 118 ildə “Mançester Yunayted”in ilk baş məşqçisidir ki, debütdəki ilk iki liqa matçında komandası qol buraxmır. Sonuncu belə nəticə 1903-cü ildə qeydə alınıb. Həmin vaxt Ernest Manqnallin debütü belə uğurlu olub.