Ranqnik həm millidə, həm də “Mançester Yunayted”də çalışacaq

Ranqnik həm millidə, həm də “Mançester Yunayted”də çalışacaq

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnikin yeni iş yeri dəqiqləşib. Almaniyalı mütəxəssis Avstriya Futbol Assosiasiyası ilə danışıqları yekunlaşdırıb.

Federasiyanın bugünkü toplantısında onun namizədliyi müzakirə olunub və baş məşqçi postuna gətirilməsi qərara alınıb. 64 yaşlı çalışdırıcı tezliklə 2 illik müqaviləyə qol çəkəcək və mövsümün sonundan etibarən Avstriya millisinin sükanı arxasına keçəcək.

Ranqnik eyni zamanda “Mançester Yunayted”də məsləhətçi vəzifəsini icra edəcək. Onun Premyer Liqa klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.
 

ETOPAZ

Əvvəlki yazı

Burak Yılmaz Türkiyəyə dönəcək

Növbəti yazı

Legioner limiti dəyişmədi