Ramil Şeydayev “Kocaelispor”da
Ramil Şeydayev “Kocaelispor”la müqavilə imzalayıb. 28 yaşlı hücumçu bu gün Türkiyə klubu ilə 1,5 illik sözləşmə imzalayıb.
Bu gün Türkiyəyə yollanan milli futbolçu tibbi müayinədən keçib. Daha sonra isə tərəflər müqaviləni rəsmiləşdirib.