Rafinyaya 12 milyonluq təklif

Rafinyaya 12 milyonluq təklif

“Barselona”nın futbolçusu Rafinya karyerasını yenidən Premyer Liqada davam etdirə bilər. Onun xidmətində “Nyukasl” maraqlıdır.

İngiltərə klubu braziliyalı hücumçuya cəlbedici təklif göndərib. “Nyukasl” ona ildə 12 milyon avro maaş ödəməyə hazırdır.

Premyer Liqada “Lids”də oynamış Rafinya “Çelsi” və “Arsenal”ın da maraq dairəsindədir. O, 2022-ci ilin yayında “Barselona”ya keçib. Rafinya mövsümün 45 matçında 10 qol və 11 asssitə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Turan Tovuz” və Runidən ilklər

Növbəti yazı

Mahmudov Premyer Liqada 150-yə çatdı