Rafinya “Arsenal”a keçmədi

Rafinya “Arsenal”a keçmədi

“Lids” “Arsenal”ın Rafinya ilə bağlı təklifini qəbul etməyib. Buna təklif olunan məbləğ səbəb olub.

Klub rəhbərliyi braziliyalı vingeri satmağa razılıq verməyib. Londonlular cənubi amerikalı üçün “Lids”in tələb etdiyi 60 milyon avrodan az məbləğ ödəmək istəyib. Bu üzdən də komandası Rafinyanı buraxmayıb. Hətta “Lids” rəhbərliyi onun qiymətini də 75 milyon avroya qaldırıb. Futbolçunun özü isə “Barselona”ya keçmək arzusundadır. Rafinya ilə “Lids”in müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Minamino “Monako” yolunda

Növbəti yazı

Remsidən tələb