Radukanudan ilk

Radukanudan ilk

“US Open”in qalibi Emma Radukanu Kluj-Napokadakı turnirə qələbə ilə başlayıb. Böyük britaniyalı tennisçi 1-ci mərhələdə Polona Hersoqu məğlub edib – 4:6, 7:5, 6:1.

Bu, 18 yaşlı tennisçinin Nyu-Yorkdakı triumfdan sonra ilk qələbəsidir. İndian-Uellsdə startda uduzan Emma bu dəfə qalib gəlib.

Radukanu WTA turnirlərində ilk qələbəsini qazanıb. O, əvvəlki üç matçın hamısında uduzub. Emmanın əldə etdiyi 13 qələbə isə “Böyük dəbilqə” turnirlərində olub. İndiyədək bütün oyunları iki setdə başa çatan tennisçi ilk dəfə üç setlik qarşılaşmada mübarizə aparıb.

ETOPAZ

Əvvəlki yazı

Mbappe “Real”la bağlı qərarını verdi

Növbəti yazı

Ardıcıl 3-cü qələbə