Rəşad Sadıqov: “Komandamdan sabah əzmkar, aqressiv oyun gözləyirəm”

Rəşad Sadıqov: “Komandamdan sabah əzmkar, aqressiv oyun gözləyirəm”

Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. “Zirə” “Omoniya” ilə qarşılaşacaq.

Matçdan öncə qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Əlimizdən gələni edəcəyik. Son oyuna qədər ümumi çıxışımızı yaxşı hesab edirəm. Komandamdan sabah əzmkar, aqressiv oyun gözləyirəm. Üç günün içərisində dalbadal məğlub olmuşuq. Düzü, bunu gözləmirdik. Ancaq futbolun da gözəlliyi bundadır ki, gözlənilməzlikləri var. “Omoniya” ilə ilk oyuna baxanda görürük ki, sanki o biz deyildik. Ancaq deyə bilərəm ki, kollektiv olaraq o oyunları unutmuşuq, önümüzə baxırıq. Hazırda sabahkı oyuna köklənmişik. Əlimizdən gələni edəcəyik ki, ötən oyundakı nəticəni unutduraq”.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 29.08.2024

Növbəti yazı

“Qarabağ” Avropa Liqasında