Qvardiola və “Mançester Siti”dən rekordlar

Qvardiola və “Mançester Siti”dən rekordlar

İngiltərə Premyer Liqasının bu gün keçirilən oyununda “Mançester Siti” “Çelsi”yə 1:0 hesabı ilə qalib gəlib. Bu, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanın klubun “sükanı arxası”nda 221-ci qələbəsi olub.

İspaniyalı mütəxəssis bununla da Mançester təmsilçisinin tarixinə yeni rekordçu kimi düşüb. O, 220 qələbəyə sevinən Les Makdauellin göstəricisini arxada qoyub.

Qvardiola “Mançester Siti”yə 303 oyunda rəhbərlik edib. Bu matçlardakı qələbə faizi 72,9-a bərabərdir.

Mançester klubu Premyer Liqanın ilk 6 turunda cəmi 1 xal buraxıb. Bu da klub tarixinin yeni rekordudur.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti”nin Mbappe arzusu

Növbəti yazı

Karyerasında ilk: Çərçivəyə düşmədi