Qvardiola “Mançester Siti” ilə yeni müqavilə imzaladı
İngiltərənin “Mançester Siti” klubu baş məşqçisi Pep Qvardiola ilə yeni müqavilə imzalayıb. Bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
İspaniyalı mütəxəssislə 2025-ci ilin yayına qədər nəzərdə tutulan yeni sözləşməyə qol çəkib. 51 yaşlı çalışdırıcı komandada transfer strategiyası və müqavilələrlə birbaşa məşğul olacaq.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir.