Qvardiola ilə “50”yə çatdı

Qvardiola ilə “50”yə çatdı

“Mançester Siti” Premyer Liqanın ev oyununda “Mançester Yunayted”ə 4:1 hesabı ilə qalib gəlib. “Şəhərlilər” baş məşqçisi Pep Qvardiolanın rəhbərliyi altında 50-ci dəfə bir matçda 4 və ya daha çox qol vurub.

İspaniyalı mütəxəssisin Premyer Liqada işləməyə başladığı vaxtdan sonra heç bir klub bu qədər məhsuldar oyun keçirməyib. Bu dövrdə “Liverpul” 44 dəfə fərqlənib.

“Tottenhem”in 29, “Çelsi”nin 23, “Arsenal”ın 22 belə görüşü var. “Mançester Yunayted” isə cəmi 20 dəfə buna nail olub.

ETOPAZ

Əvvəlki yazı

Osaka İndian-Uellsdə

Növbəti yazı

25000 xal