Qurban Qurbanov: “Şans varsa, ondan yararlanmağa çalışacağıq”

Qurban Qurbanov: “Şans varsa, ondan yararlanmağa çalışacağıq”

Avropa Liqasının pley-off mərhələsinə yekun vurulur. Sabah “Qarabağ” “Braqa”nı qəbul edəcək.

Oyundan öncə ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Rəqib barədə çox danışmağa ehtiyac yoxdur. Portuqaliyada da qeyd etmişdim ki, bizi bu hesab aldatmamalıdır. İnanıram ki, futbolçularım Bakıda daha istəkli və daha düzgün oynayacaqlar. Həmçinin, soyuqqanlı oyun nümayiş etdirəcəklər. Sabaha kimi vaxtımız var. Oyunu yaxşı notla başa vurmaq istəyirik. Əlimizdən gələni edib, şans varsa ondan yararlanmağa çalışacağıq”.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted” 100 milyon istəyir

Növbəti yazı

Olavio Juninyo: “Matça ciddi hazırlaşmışıq”