Qurban Qurbanov: “Rəqibin adından çəkinməyəcəyik”

Qurban Qurbanov: “Rəqibin adından çəkinməyəcəyik”

Bu gün Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb. “Qarabağ” bu raundda Fransa təmsilçisi “Marsel”lə görüşəcək. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov püşkün nəticəsini dəyərləndirib:

“Arzuolunmaz rəqibin düşdüyünü fikirləşə bilərik. “Marsel”ə qədər də xeyli sayda güclü rəqiblərimiz olub. Bəzi matçlarda uduzmağımıza baxmayaraq, futbolçular layiqli çıxış etməyi bacarıblar. Məncə, bu il təcrübəmiz daha çoxdur. Hamı fikirləşə bilər ki, güclü rəqiblə qarşılaşacağıq. Ancaq bu turnirə başlayanda məndə hansı istək, inam var idisə, futbolçulara necə güvənirdimsə, “Marsel”ə qarşı da eyni fikirdəyəm. İki ay vaxtımız olacaq, rəqibi daha yaxından tanıyacağıq. Hər xırda detalı futbolçularımıza düzgün çatdırmağa və layiqli mübarizə aparmağa çalışacağıq. Rəqibin adından çəkinməyəcəyik. İnanıram ki, gələn il başlanğıcda ən yaxşı oyunlarımızdan biri “Marsel”ə qarşı olacaq. Komandama güvənirəm. Məğlub olmaq sözünü demək istəmirəm. Ancaq düşünürəm ki, futbolçularımız rəqibdən çəkinmədən layiqli mübarizə aparacaq”.

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqasında püşk yenidən atıldı

Növbəti yazı

Günün kuponu – 14.12.2021