Qurban Qurbanov: “Rəqib qrupumuzda ən baxımlı futbol oynayan komandadır”

Qurban Qurbanov: “Rəqib qrupumuzda ən baxımlı futbol oynayan komandadır”

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyunları keçiriləcək. “Qarabağ” “Nant”la qarşılaşacaq.

Matçdan öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirlərini ilə tanış edirik:

“Mənim üçün danışmaq, fikir bildirmək asan deyil. 50 şəhidimiz var, qızğın döyüşlər gedir. Allah şəhidlərimizə rəhmət eləsin. Bura gəlməzdən öncə də proseslərlə maraqlandıq. Əfsuslar olsun ki, gənc övladlarımız canlarını tapşırırlar. Allah ailələrinə səbir versin. Rəqib barədə çox danışmaq istəmirəm. “Nant”ı analiz etmişik. Qrupumuzda ən baxımlı futbol oynayan komandadır. Fərdi ustalığı yüksək futbolçuları var. Onlara qarşı ancaq yaxşı futbol oynamalıyıq. “Nant”dan çəkinməməliyik. Aqressiv futbol oynayırlar. Biz də bunu nəzərə alıb, rəqibin üzərinə getməli, hücumda aktiv olmalıyıq. İnanıram ki, futbolçularım bunu bacaracaqlar. Bəzi risklər almalıyıq”.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”dan 14 ilin rekordu

Növbəti yazı

Kadi Borqes: “Onların üzərinə getməklə qalib gələ bilərik”