Qurban Qurbanov: “Qarabağ”dakı bütün futbolçulara inanıram”

Qurban Qurbanov: “Qarabağ”dakı bütün futbolçulara inanıram”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Bazel” oyununa həsr olunan mətbuat konfransında iştirak edib. 49 yaşlı mütəxəssis sabah Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma barədə fikirlərini açıqlayıb:  

“İlk oyuna çıxacağıq. Biz həmişə qrupda oynamağı istəmişik. Bu, tam başqa turnirdir. Belə oyunlarda özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. İnanıram ki, sabah futbolçular ağıllı çıxış edəcək. Bunu onlara güvənərək deyirəm. Belə komandaya qarşı istəkli olmaq çox vacibdir. Dünən “Yanq Boyz” “Mançester Yunayted”ə qalib gəlib. Bu ölkənin futbolu bizə tanışdır. Rəqib çox sürətli futbol oynayır və müdafiədən hücuma cəld çıxır. Biz analiz edəndə hər komandanın oyun sistemini analiz edirik. Daha sonra fərdi oyunçulara keçirik. Kollektiv oyun çox vacibdir. Həm hücumda, həm də müdafiədə bir-birimizə yaxın olmalıyıq”.

Qurbanov Premyer Liqanın “Neftçi” ilə qarşılaşmada çox güc sərf etdiklərini qeyd edib: “Bütün oyunlarımızın bu səviyyədə keçməsini istəyirəm. Oyunçular meydan amilinə görə daha çox güc sərf etməli oldu. Bu gün komandada bir az yorğunluq var. Amma hər bir halda onların durumuna görə məşq proqramı qurmuşuq. Bizim sabah səhər də məşqimiz olacaq. Qrupdakı ilk oyunda yorğunluq haqqında çox düşünməməliyik. Bu bizim əlimizdə səbəb olmamalıdır. İllərdir bu rejimdə oynayırıq. Mikro zədəli futbolçular var. Sabah komandanın tam heyət olaraq matça hazır olacağına inanıram. “Qarabağ”ın futbolçuları digər komandaların oyunçularından daha çox matça çıxır. Futbolçuların nə qədər istirahət etməsi önəmlidir. Milli, çempionat və avrokubok tam başqa səviyyədir. Avrokubokda oynamayanda çempionat oyunlarına köklənmək daha asan olur. Belə amillər məni narahat edir. Psixoloji yorğunluq fiziki yorğunluğa da gətirib çıxarır. Onlar özlərini maksimum göstərməyə çalışırlar. Bu, futbolçuların borcudur. İbrahima Vadji son matçda yaxşı oynadı. Bu o demək deyil ki, Vadji bizim istədiyimiz oyunu sərgiləyib. Hər şeyi edəcəyik ki, daha yaxşı oyun göstərsin və kollektivə uyğunlaşsın. Tam fərqli çempionatdan gəlib. Onun fiziki gücündən və istəyindən razıyam. Bəzi komponentləri yaxşılaşdırmalıyıq. İnanıram ki, bu işgüzarlıq çatışmayan cəhətləri arxada qoyacaq. Bu gün “Qarabağ”dakı bütün futbolçulara inanıram. Onlarla fərdi söhbətlərim olur”.

ETOPAZ

Əvvəlki yazı

Maksim Medvedev: “Tilsimi qırmaq istəyirik”

Növbəti yazı

Günün kuponu – 15.09.2021